Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Silahlı insident: Azərbaycan Qazaxıstana nota verdi

1 081
Paylaş:
Silahlı insident:      Azərbaycan Qazaxıstana nota verdi

Dünyada bəlaya çevrilən koronavirus pandemiyasına Azərbaycana daxil olan kimi Prezident İlham Əliyev iradəsini ortaya qoydu, müfaviq addımlar atdı. Cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən qabaqlayıcı tədbirlər koronavirusun geniş yayılmasına imkan vermədi. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da problemlər ortaya çıxdı, insanların özünü təcrid etməsi sosial problemlər yaratdı. Həm dövlət qulluğunda, həm  digər sahələrdə, o cümlədən günəmuzd çalışanların işə çıxmamasının yaratdığı problemlər dərhal həll edildi, onların əməkhaqları verildi. Bundan başqa, işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmələr verildi. Belə insanların sayı 600 minə yaxındır. Bu işlər tam ədalətli şəkildə həyata keçirilir. Atılan bu addımlar Prezidentinin özünün dediyi kimi, xalqın sağlamlığına, təhlükəsizliyinə və rifah halına yönəlib. Dövlət strukturları bu məsələlərlə bağlı öhdəlikləri yerinə yetirməkdədirlər. Təəssüflər olsun ki, bundan istifadə edən ayrı-ayrı şəxslər tamahlarını güddülər. Məlum oldu ki, bəzi bələdiyyələr, ira nümayəndələri saxta arayışlar verməklə virusun yayılmasına zəmin yaradıblar. İnsanlara özünütəcridi təşviq etmək əvəzinə, əksini ediblər. Buna görə də ciddi addımlar atıldı, onlar məsuliyyətə cəlb olundular. Görün, insanın mənəviyyatsızlığı özünü hansı səviyyədə ifadə edibsə, ahıl insanlara, aztəminatlı ailələrə Heydər Əliyev Fondunun və digər təşkilatların göndərdiyi yardım mənimsənilir. Bunu İsmayıllda icra nümayəndəsi edib. Sonra da məlum olub ki, onun əlində başqa insanlara məxsus maaş kartları var, xeyli miqdarda pul mənimsəyib. Bu,

Mayın 2-də Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Serjan Abdıkarimov nazir müavini Xələf Xələfov tərəfindən Xarici İşlər Nazirliyinə dəvət edilib.

Bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı nazir müavini 30 aprel 2020-ci il tarixində Xəzər dənizində Qazaxıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Q.İbrahimov, E.Nuriyev, E.Əhmədov və Ş.Novruzovun saxlanılması zamanı silah tətbiq etməsi nəticəsində bir nəfərin ölümü və iki nəfərin yaralanması ilə bağlı Azərbaycan tərəfinin ciddi narahatlığını bildirib və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq notasını təqdim edib. Görüş zamanı X. Xələfov odlu silahdan istifadə edilməsi halının insan tələfatı ilə nəticələnməsinin iki ölkənin sərhəd xidmətləri arasında birgə əməkdaşlıq mexanizminə, ölkələrimiz arasında mövcud dostluq və qardaşlıq ruhuna uyğun olmadığını qeyd edib.

Eyni zamanda, nazir müavini iki müttəfiq və strateji tərəfdaş dövlət arasında münasibətlərin prinsiplərinə uyğun olaraq Qazaxıstan tərəfindən bu insidentin və Azərbaycan vətəndaşlarının ölümü və yaralanmaları hallarının hərtərəfli və obyektiv araşdırılması və istintaqının nəticələri barədə Azərbaycan tərəfinin məlumatlandırılmasını xahiş edib. Azərbaycan tərəfi insident nəticəsində həyatını itirmiş Azərbaycan vətəndaşının nəşinin Azərbaycan tərəfinə tezliklə verilməsi barədə müraciət edib.

Səfir S. Abdıkarimov öz növbəsində baş vermiş insidentin insan tələfatı ilə nəticələnməsindən dərin təəssüfünü ifadə edərək, vəfat etmiş şəxsin yaxınlarına baş sağlığı verib və yaralıların tezliklə sağalacağına ümid etdiyini bildirib. O, təqdim olunan notanı və Azərbaycan tərəfinin ciddi narahatlığını ölkəsinə çatdıracağını və bir daha bu qəbildən olan halların baş verəcəyi təqdirdə iki ölkə arasında mövcud sərhəd əməkdaşlığı mexanizminə uyğun həll ediləcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra səfir hadisə nəticəsində həyatını itirmiş Azərbaycan Respublikası vətəndaşının nəşinin Azərbaycan tərəfinə qaytarılması üçün Səfirlik tərəfindən zəruri köməkliyin göstəriləcəyini ifadə edib.

Paylaş:

Ən son xəbərlər