Vətəndaş Saleh Məmmədli 12 ay əvvəl yaşayış yeri olaraq göstərilən polis qeydiyyatından çıxarılsa da, hələ də qeydiyyata düşə bilməyib.
Xezerxeber.az-ın məlumatına görə, 3-cü qrup əlillik dərəcəsi olan Saleh Məmmədlinin bir ildir ki, heç bir yerdə qeydiyyatı yoxdur.
Saleh Məmmədli bildirib ki, 2009-cu ildən ərazi üzrə polis bölməsində qeydiyyatda olub. Daha sonra qeydiyyatdan çıxarılıb və elə həmin gündən problemləri başlayıb.