Xəstəxanada müalicə olunan millət vəkili Qənirə Paşayevanın feybuk səhifəsində onun səhhəti ilə bağlı paylaşım edilib.
Qənirə Paşayevanın rəsmi səhifəsi müraciət yaydı
Pravda.az xəbər verir ki, paylaşımda deyilir:
"Hörmətli səhifə izləyiciləri, Qənirə xanımın Mərkəzi Klinikanın Təcili Tibbi Yardım Mərkəzində müalicəsi davam edir. Onunla bağlı yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirik".