ATV-də yeni efirə başlayan “Xəbəriniz olsun” layihəsində maraqlı sujet yayımlanıb.
Bir neçə gündür şəhid olduğu deyilən Xüsusi Təyinatlı Qüvvələrin zabiti baş leytenant 28 yaşlı Rəsul Ağayevin sağ olduğu xəbəri alınandan sonra “Xəbəriniz olsun” kollektivi zabitin evində qonaq olub.
Salyan rayonunun Babazanlı qəsəbəsində yaşayan Ağayevlər ailəsi, ilk öncə Rəsulun şəhid xəbərini alır. Lakin 3 gün sonra gələn möcüzəvi xəbər onları sevindirir.