Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətində rəisin birinci müavini vəzifəsi ləğv edilib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin sabiq rəisi, daxili xidmət general-mayoru Hikmət Mərdan oğlu Abbasov vəzifəsindən azad olduqdan sonra bu barədə qərar qəbul olunub.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisin birinci müavini, daxili xidmət polkovniki Səyavuş Məhyəddin oğlu Qasımov vəzifəsindən azad edilib. O, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini vəzifəsinə keçirilib.