BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarabağı tərk edən erməninin “dostum” dediyi məşhur azərbaycanlı danışdı

Xankəndini tərk edən erməni sakinlərdən biri məşhur azərbaycanlı travmatoloq Yaşar Cəlilovla dost olduğunu deyib. Erməni AzTV-nin müxbirinə danışarkən özünün vaxtilə Y.Cəlilovla birgə işlədiyini söyləyib. Olke.Az erməni sakinin açıqlamasından sonra travmatoloq Y.Cəlilovla söhbətləşib.

 

- Adınızı çəkən erməni həkim kimdir? Tanıdınızmı onu?

 

- Bildim. O, onkoloqdur. Ad soyadı dəqiq yadımda qalmayıb. Mən Xankəndidə 10 il işləmişəm. Həmin erməni onkoloji xəstəxanada işləyirdi, cərrah idi. Arada görüşürdük. Mən vilayət xəstəxanasında travmatologiya şöbəsinin müdiri idim. Ora gəlib-gedirdi deyə tanıyıram. İclaslarda filan bir yerdə olmuşuq. 

 

- Bilirsiniz ki, artıq birgəyaşayış məsələsi gündəmdədir. Nə vaxtsa həmin həkimlə əlaqə yaratmaq istəyərdinizmi?

 

- Onunla o qədər də yaxından tanış deyildik. Bilirəm ki, onkoloqdur. O, onkoloji dispanserdə işləyirdi, mən isə vilayət xəstəxanasında. Mən cərrahları yaxşı tanıyırdım. Bununla da salamımız var idi, amma o qədər də yaxından tanış deyildik.

Tarix: 26 Sentyabr 2023, 18:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin