Bakıda məşhur şirkətin anbarında lift qırılıb və "166" yükdaşıma xidmətinin əməkdaşları xəsarət alıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə mebel istehsalı iləməşğul olan "İM” MMC-nin (Mutfakçı Azərbaycan) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbarında baş verib.
Aparılan araşdırma zamanı məlum olub ki, "İM” MMC-nin hazır list kimi satdığı 17 ədəd mətbəx mebelinin hissələrinin Badamdar qəsəbəsinə daşınması üçün "166" yükdaşıma xidmətinin 2 nəfər əməkdaşı (sürücü və fəhlə) Nərimanov rayonu, 44B ünvanında yerləşən anbara gedib. Onlar həmin materialları yarızirzəmi hissədə yerləşən anbardan yükləri qaldırmaq üçün nəzərdə tutulmuş yük qaldırıcı lift vasitəsilə təxminən 1.5 metr hündürlükdə qaldırılıb avtomobilə yüklənməli imişlər. Yükdaşıma xidmətinin əməkdaşları anbara keçib, hər biri 50 kiloqram olan 17 ədəd listi yükqaldırıcıya yığaraq qaldırıb. 17 ədəd "MDF dik”lər təxminən 2 metr qaldırılıb yük avtomobilinə yüklənməli imişlər.