Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

SON DƏQİQƏ! Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb, Bakıya gətirilib - RƏSMİ

1 023
Paylaş:
SON DƏQİQƏ! Ruben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb, Bakıya gətirilib -     RƏSMİ

Sentyabrın 27-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sayıqlığı nəticəsində ölkə ərazisinə qeyri-qanuni gələrək qondarma “Dağlıq Qarabağ Respublikasının Dövlət naziri” vəzifəsində çalışmış 1968-ci il təvəllüdlü Ruben Karleni Vardanyan Azərbaycan Respublikasından Ermənistan istiqamətində hərəkət edərkən saxlanılıb.

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

O, DSX-nin Çevik Hərəkət Qüvvələri əməkdaşlarının müşayiəti ilə Bakı şəhərinə gətirilib.

Saxlanılan şəxs barəsində müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti dövlət orqanlarına təhvil verilib.

Paylaş:

Ən son xəbərlər