Birinci Qarabağ müharibəsində Füzulinin Kürdmahmudlu kəndində itkin düşən və meyitinin qalıqları 30 il sonra Xocavənddə aşkarlanan Təhsin Hacıyevin nəşi Salyan rayonunun Qarabağlı kəndinə gətirilib.
Şəhidlə doğulduğu evdə vida mərasimi keçirilir.
Mərasimdə şəhidin ailə üzvləri, doğmaları, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak edirlər.