Vəhdət Partiyası Azərbaycan xalqına, Ali Baş Komandan, cənab İlham Əliyevə təbrik ünvanlayıb.
Pravda.az xəbər verir ki, təbrikdə deyilir:
Vəhdət Partiyası Azərbaycan xalqına, Ali Baş Komandan, cənab İlham Əliyevə təbrik ünvanlayıb.
Pravda.az xəbər verir ki, təbrikdə deyilir:
"Qarabağda qondarma qurumun "prezidenti" Samvel Şahramanyanın imzaladığı sərəncamla “Dağlıq Qarabağ Respublikasının” bütün dövlət orqanlarının buraxıldığı elan olunur. Bu “Xunta” rejiminin artıq yox olması deməkdir. Bu qurum uzun illər ərzində Azərbaycan xalqını, dövlətini narahat etmişdir. Ermənistan Respublikası və bəzi Beynəlxalq qüvvələr tərəfindən müdafiə edilən bu qurum üzərində aparılan münaqişə, müharibə və manipulyasiyalar nəticəsində çoxlu sayda şəhidlər vermiş və qazilərimiz olmuşdur. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa diləyirik. Bu qələbədə payı olan veteranları, müharibə iştirakçılarını ürəkdən təbrik edirik. Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qələbələri şəhid və yaralılarımızın qanını yerdə qoymadı. Keçmiş “dövlət naziri” Ruben Vardanyanın və digərlərinin həbsi separatçılara ciddi cəzadır.
Vəhdət Partiyası əmindir ki, bu qələbə seperatçılıq həvəsinə düşən hər kəs üçün ciddi xəbərdarlıq olmaqla yanaşı Azərbaycan tarixində öz görkəmli yerini tutacaqdır".