Qarabağda sentyabrın 19-da başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan qarşıya qoyulan hədəflərə nail oldu. 23 saatlıq antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam bərpa edildi. Bundan sonra qarşıda dayanan məsələlərdən biri Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına nail olunmasıdır. Bu istiqamətdə atılan hər bir addım dəfələrlə ölçülüb-biçilir. Qarabağdakı ermənilərin Azərbaycana reinteqrasiya prosesini "Yeni Sabah"a şərh edən Xalq artisti Rasim Balayev bundan sonra ermənilərə güvənməyin mümükünsüz olduğunu bildirib:
"Bundan sonra qətiyyən ermənilərə etibar etmək olmaz! Onlar çox ikiüzlüdürlər. Jurnalistlərə verdikləri müsahibələri dinləyirəm, hətta biri deyirdi ki, "erməni millət deyil". Qətiyyən onlara güvənmək olmaz. Situasiya dəyişəndə erməni quzuya dönür.
Alman yazıçı Adam Mezin "Müsəlmanların intibahı" (Мусульманский ренессанс) adlı bir kitabı var, orada erənilər haqqında da fikirlərini bildirir. O yazır ki, bu millət qulluq üçün yaranıb, onların belində hər zaman zərbə olmalıdır, gərək məcbur edəsən ki, işləsin.