"İnstagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu millət vəkili Qənirə Paşayevanın ölümündən danışıb.
Kədərli xəbərin çıxmmasından sonra paylaşım edən Bayram hər kəsin gözü önündə hönkür-hönkür ağlayıb: "Heç vaxt inanmazdım ki, mən hansısa bir millət vəkili üçün bu qədər ağlayacam. Xəbəri eşidəndən bəri o qədər pisəm ki, bəlkə, bəzi doğmalarım ölsəydi, bu qədər ağlamazdım. Bir belə sözünü deyən, insanların qəlbində yer tapan millət vəkili gəlməyəcək. O qədər pis olmuşam, sanki öz doğmamı itirmişəm. Evdəkilər də deyir ki, niyə bu qədər ağlayırsan? Mən Qənirə xanımı millət vəkili, bir insan olaraq o qədər çox istəyirdim ki... Dua edirdim ki, sağalsın, ona qarşı o qədər istəyim vardı".