Bakı-Qazax magistralının Yevlax rayon ərazisindən keçən hissəsində yeddi nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus hərəkətdə olan zaman öncə “QAZel” markalı kiçiktutumlu yük maşınına çırpılıb, daha sonra idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə mikroavtobusda olan yeddi nəfər xəsarət alıb.