Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlunun yubileyidir.
Pravda.az-ın xəbərinə görə, partiya sədrinin 35 yaşı tamam olur.
A.Şakiroğlu (İbrahimov) 30 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 276 saylı orta məktəbi bitirmişdir və bitirmiş və həmin il Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq Münasibətlər fakültəsinə daxil olub. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq Münasibətlər fakültəsində davam etdirib, lakin tamamlamayıb. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olub, 2017-ci ildə bitirib.

2006-cı ildən ictimai-siyasi həyata qoşulan Ağasif Şakiroğlu bir qrup gənclə bərabər "Azərbaycan Demokratik Gənclər Hərəkatı" adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlayıb. 2007-ci ilin sonlarında isə Müsavat Partiyasına qoşulub. 2008-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış Hədəf Gənclər Koalisiyasının sədri seçilib. 2011-ci ilin dekabr ayının 19-da üzvü olduğu Müsavat Partiyasından istefa verərək, öz siyasi fəaliyyətini eks-spiker Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) davam etdirib. 2013-cü ilin yanvar ayının 12-də isə eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır.

20 dekabr 2013-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən Ağasif Şakiroğlu və tərəfdarları 23 fevral 2014-cü ildə ilk təsis qurultaylarını keçiriblər, A.Şakiroğlu sədr seçilib. Partiya 2022-ci ildə dövlət qeydiyyatına alınıb. "Siyasi partiyalar haqqında" qanuna əsasən təşkilat yenidən dövlət qeydiyyatından keçib.