Bakıda tanınmış “Kaddeh” restoranında xoşagəlməz hadisə yaşanıb. Globalinfo.az-a daxil olan məlumata görə, məşhur göz həkimi Cahid Şahbazov içkili halda restoranda davaya səbəb olub.
Belə ki, o, Birinci Qarabağ müharibəsi qazisinin qızı Günel Məmmədovaya (ad və soyad şərtidir-red.) qarşı əxlaqsız hərəkətlər edib. Günel Məmmədova özü bu haqda saytımıza məlumat verib:
“Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olduğuma görə, dünən “Kaddeh” restoranındakı çıxışı üçün bilet aldım. Aygün xanım ifa edən zaman ona yaxınlaşaraq videoya çəkməyə başladım. Daha sonra Cahid Şahbazov gəldi və mənə toxundu. Əvvəl düşündüm ki, insandır, keçərkən istəmədən toxuna bilər. Lakin yanılmışam. Adam məni tanımadan qucaqlamağa başladı. Mən onu rədd etdikdə isə “izin verməyəcəkdinsə, bura niyə gəlirdin” dedi. Onu itələyib, uzaqlaşdım və dərhal yoldaşıma zəng etdim”.