BURADA REKLAMINIZ OLA
BİLƏR

Salyanda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Salyanda yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

 

Hadisə köhnə Ələt-Astara magistral yolunun şəhər ərazisindən keçən hissəsində - Akkuşa çayının yaxınlığında qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil digər minik avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü Aslanzadə Kənan Namiq oğlu, Salyan rayon sakinləri - 2002-ci il təvəllüdlü Sadıqov Aydın Əmrah oğlu, 1990-cı il təvəllüdlü Qayıbov İsmayıl Rasim oğlu və 1981-ci il təvəllüdlü Novruzov Alim Ağabala oğlu müxtəlif dərəcəli yaralanıblar.

 

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır./Report

Tarix: 1 Oktyabr 2023, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin