Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakinləri Sevilə Səmədova və Ramil Bəkirov sonuncunun idarə etdiyi "Renault" markalı avtomobildə Masallı-Yardımlı yolunda saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, keçirilən baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən ayrı-ayrı bağlamalarda qablaşdırılmış ümimilikdə 20 kiloqram marixuana və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb.