BURADA REKLAMINIZ OLA
BİLƏR

“Roskosmos”un nümayəndə heyəti Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək

Rusiyanın “Roskosmos” dövlət korporasiyasının baş direktoru Yuri Borisovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək.

 

Bu barədə “Roskosmos”un mətbuat xidməti məlumat yayıb.

 

Nümayəndə heyəti konqres və sərgi ekspozisiyasının açılış mərasimində, baş direktor isə dünyanın aparıcı kosmik agentliklərinin rəhbərləri ilə müzakirələrdə iştirak edəcək.

 

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir. 2-6 oktyabr Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək.

 

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

 

Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.

Tarix: 2 Oktyabr 2023, 08:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin