BURADA REKLAMINIZ OLA
BİLƏR

Zaqatalada baş verən partlayışda ölənlərin sayı artıb

Zaqatalada baş verən partlayış zamanı xəstəxanaya yerləşdirilən 32 yaşlı şəxs vəfat edib.

 

Pravda.az "Report"a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

 

Bununla da, hadisə nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

 

Qeyd edək ki, hadisə sentyabrın 30-u saat 22:30 radələrində Zaqatala rayonunun Yengiyan kəndi ərazisində baş verib.

 

Belə ki, partlayıcı maddənin partlaması nəticəsində 3 nəfər - 1992-ci il təvəllüdlü İlqar Cumayev, 1991-ci il təvəllüdlü Məqsəd Rzayev və 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun xəsarət alıblar.

 

Həmin şəxslər xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq H. Gülməmmədov dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 2 Oktyabr 2023, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin