Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın vəfatından sonra onun komitədəki səlahiyyətlərini kimin icra edəcəyi müəyyənləşib. Bu barədə İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa məlumat verib.
Onun sözlərinə görə, parlamentin nizamnaməsinə əsasən, komitə sədri olmadığı halda vəzifələrin icrası sədr müavininə ötürülür:
Deputat xatırladıb ki, Milli Məclisin Daxili Nizamnaməsi və Milli Məclisin komitələri haqqında qanuna görə, parlamentin müvafiq komitəsinin sədri olmadıqda onun səlahiyyətlərini komitə sədrinin müavini icra edir.