Separatçıların keçmiş lideri Arayik Arutyunyanın əmisi oğlu Artur Arutyunyanın bu gün Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığı iddia edilir. Ölkə.Az xəbər verir ki, bu barədə erməni mənbələri yazır.
Xatırladaq ki, Xankəndidəki qondarma rejimin sonuncu lideri Samvel Şahramanyan onu özünə qondarma “dövlət naziri” təyin etmişdi.
Qeyd edək ki, keçmiş separatçı liderlər Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan hələ də Xankəndindədirlər. Onların taleyi ilə bağlı danışıqlar davam edir.