Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Baş Prokurorluqdan Pravda.az-a bildirilib ki, araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.