"O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada, Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. 5 il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi... Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü".
Pravda.az Olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Kübra Əliyeva "Bizimləsən" verilişində dünyasını dəyişən oğlundan danışarkən deyib.