Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan törətdiyi cinayət əməllərinə görə barələrində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Pravda.az bildirir ki, David İşxanyanla yanaşı Qarabağdakı separatçıların keçmiş “prezident”ləri Arkadi Qukasyan və Bako Saakyan da saxlanılaraq Bakıya gətirilib.
David İşxanyanın dosyesini təqdim edirik:
1968-ci il dekabrın 28-də Martuni (Xocavənd) rayonunun Heşan kəndində doğulan David İşxanyan 1992-ci ildə Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun tarix-hüquq fakültəsini bitirib.
Azərbaycan torpaqlarının işğalının fəal iştirakçısıdır, 1992-1995-ci illərdə Martuni batalyonlarının birinə komandirlik eləyib.