Məlum olduğu kimi, cari ilin 1-2 oktyabr tarixlərində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti İngiltərə və Uels Hüquq Cəmiyyəti (İUHC) ilə İngiltərə və Uels Vəkillər Kollegiyasının (İUVK) birgə dəvəti ilə “Hüquq İli”nin açılış mərasimində iştirak etmək üçün London şəhərinə rəsmi səfərə gedib.
Səfər çərçivəsində Anar Bağırov Ukrayna Milli Vəkillər Kollegiyasının vitse-prezidenti Valentin Qvozdiy ilə görüşüb. Görüş zamanı iki dost ölkənin vəkilliyi arasında son illər ərzində formalaşmış strateji əməkdaşlığın daha da möhkəmlənməsi barədə səmərəli müzakirə aparılıb.
Diqqətə çatdırılıb ki, ARVK bundan sonra da ukraynalı həmkarlarına bacardığı dəstəyi əsirgəməyəcək. Bildirilib ki, bu münasibət dostlarımız tərəfindən çox yüksək qiymətləndirilir.
.jpg)