"Bu gün Araik Arutyunyanın müdafiəçisi kimi onun dindirilməsində iştirak etdim. Səhhəti və psixoloji durumu yerindədir. Təkcə onu deyə bilərəm ki, onun dedikləri bir çox məsələlərin açılmasına kömək olacaq".
"Səhhəti və psixoloji durumu yerindədir" - Araikin azərbaycanlı vəkilindən açıqlama
Pravda.az-ın xəbərinə görə, bunu Qarabağda separatçıların keçmiş "prezidenti” Araik Arutyunyanın vəkili Alov Səfərəliyev bildirib.
"Müdafiəmizi Azərbaycan Respublikasının qanunvericiliyinə, Beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq quracayıq. Bir sözlə, peşə borcumuzu vicdanla yerinə yetirəcəyik" - vəkil bildirib.