Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qızıl-zinyət əşyalarının satışı ilə məşğul olan Prezidentin sabiq köməkçisi Əli Həsənovun qızı Səfiyə Mehbalıyeva rəhbərlik etdiyi “GEMAEE” adlı şirkətin fəaliyyətiylə bağlı yeni video müraciət yayımlayıb.
Ekonominfo.az xəbər verir ki, Səfiyə Mehbalıyeva video müraciətini “GEMAEE” şirkətin yaranmasının bir illiyi münasibətiylə edib və şirkətin fəaliyyətindən bəhs edib.
Qeyd edək ki, Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva eyni zamanda Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin oğlu - Qaradağ rayon Polis İdarəsinin sabiq rəisi, polkovnik İsfəndiyar Möhbəliyevin həyat yoldaşıdır.
Cütlük artıq bir-neçə ildir Dubayda yaşayır. Səfiyə Möhbəliyeva daha əvvəl atasının - Əli Həsənovun rəhbərlik etdiyi Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasında müəllimi vəzifəsində işləyib.