"Atamın son sözü o oldu ki, yaxşıyam, məndən narahat olmayın".


Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin qızı Eltac Yusifzadə jurnalistlərə açıqlamasında deyib. O, vida mərasimində atası ilə son telefon danışığından bəhs edib:


"Nümunəvi ata idi. Həmişə deyirdi ki, yaxşı oxuyun və yaxşı insan olun. Son günlər tez-tez danışırdıq. Son danışığımızda isə dedi ki, hər şey yaxşıdır".


Qeyd edək ki, Xoşbəxt Yusifzadə dünən 93 yaşında vəfat edib./Axşam.az