Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Polis İdarəsində qəribə hadisə baş verib.
Pravda.az Publika.az-a istinadən xəbər verir ki, əvvəllər polis nəfəri kimi çalışmış 1992-cü il təvəllüdlü Nurlan S. qardaşının işi ilə əlaqədar idarəyə gedərək insident törədib.
Belə ki, Nurlan qeydiyyatdan keçmədən inzibati binaya daxil olub. Bu zaman qapıda dayanan polis əməkdaşı onu saxlayıb və idarəyə daxil olan mülki şəxslərin mütləq qeydiyyatdan keçməli olduğunu bildirib.