"Gecə saat iki idi. Yoldaşım məni yuxudan oyatdı və dedi ki, qorxma, amma Emilin vəziyyəti pisləşir. Gecə 3-də onu gətirdilər, huşu özündə deyildi. Yoldaşını, məni tanımadı. Başına sığal çəkib öpdüm. Dedim ki, atandır, baxdı və yenə tanımadı".
Bu sözləri əməkdar artist Rəhman Rəhmanov "Bizimləsən" proqramına deyib.
"Gecəni orda idik. Səhər 9-da reanimasiyanın qapısında həkim dedi ki, Rəhman müəllim, özünüzü sıxın, oğlunuzun 2 saat vaxtı qalıb. Bu dünyanı tərk edir. Gecdir. Məni başa saldı ki, böyrəklər fəaliyyətini dayandırıb. Qan baldırında tromb yaradıb, böyrəyin, ürəyin, ağçiyərin, qaraciyərin fəaliyyətini saxlayıb. Ürəyini aparata qoşdular. Elə həkimin dediyi kimi, 2 saat sonra 11-də dünyasını dəyişdi" - deyə əməkdar artist bildirib.