"Sosial Adaptasiyanın İnkişafına Yardım" İctmai Birliyinin sədiri Şahid Qurbanov həbs olunub. Onun barəsində Yasamal rayon polis idarəsində cinayət məcəlləsinin 178 ci (Dələduzluq) ittihamı irəli sürülüb. O çoxsaylı vətəndaşların etibarından sui istifadə edərək müxtəlif vədlər verməklə onların pul vəsaitini ələ keçirib, təksirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib Zərərçəkmişlərdən biri Elçin Quliyev "Azərbaycan Reallığı"na bildirir ki, Şahid Qurbanov ona Yasamal rayonunda Mida yaşayış kompleksində 3 yaşayış evi alacağını vəd edərək 53 min manat pulunu mənimsəyib daha sonra Qasımov Elxan Ələddin oğlunu Fövqəladə Hallar Nazirliyinə işə düzəltmə məqsədi ilə 10 min manat pulunu ələ keçirib.
Məmmədov İlhami İslam oğlundan 9 min manat, Akifli Akif Rəhim oğlundan isə 14 min 900 manat, işə düzəldəcəyi və onları mənzillə təmin edəcəyin vəd edərək müxtəlif məbləğlərdə ziyan vurub.