“Mən Ermənistanda anadan olduğuma, vaxtilə ermənilərlə bir yerdə yaşadığıma görə onlara etibar etmirəm. Onları partiyamın kandarından içəri buraxmaram”. Bu sözləri Yenisabah.az-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.
O, ADP lideri Sərdar Cəlaloğludan fərqli olaraq, Qarabağ ermənilərini öz partiyasına üzv qəbul etməyə hazır deyil:
“Ermənilər işləri keçənə qədər sənin qarşında diz çöküb, əyilərlər. Amma işləri bitəndən sonra xəyanət edəcəklər. Onları bağışlamaq olmaz. Bu gün bəziləri Azərbaycan vətəndaşlığını qəbul etmək istəyir, amma bu, mümkün deyil. Bir yerə toplaşandan sonra yenidən hücuma keçəcəklər.
Erməniləri yaxşı tanıdığıma görə onları partiyama buraxa bilmərəm. Hətta nəinki partiyama, içimizə belə buraxa bilmərik. Bu gün içimizdə bizə xəyanət edən ermənilər bəyəm azdırmı?! Sabah onları Müasir Müsavata qəbul etsək, gedib partiya adından bəyanat verəcəklər ki, Azərbaycandan ayrılırıq. Odur ki heç bir güzəşt olmamalıdır. Onlar düşməndir, düşməndən dost olmaz. Erməni ilə yoldaş oldunsa, gərək çomağı əldən yerə qoymayasan.