Ötən ilin oktyabrın 10-u Sumqayıt şəhəri Bulvar küçəsində ağır qəza törədən 1986-cı il təvəllüdlü Timur Məmmədovun məhkəməsi keçirilib.
“Chevrolet Camaro” markalı 10 DL 066 dövlət qeydiyyat nişanlı avtomobillə pensiyada olan polis polkovniki Çingiz Alxanlını vurub öldürən sürücü Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib. Məlum olub ki, banklardan birinin əməkdaşı olan Timur hadisə vaxtı avtomobili təyin edilmiş sürət həddindən yüksək sürətlə idarə edirmiş. O, hadisə vaxtı öndə gedən digər avtomobilin piyadanı görməsini çətinləşdirdiyini və hadisənin ani baş verdiyini deyib.