Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Masallı bazarındakı yanğın məhdudlaşdırıldı - YENİLƏNDİ 2 - VİDEO

1 170
Paylaş:
Masallı bazarındakı yanğın məhdudlaşdırıldı -     YENİLƏNDİ 2 - VİDEO

Masallı şəhərində bazar ərazisində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.

Bu barədə FHN Mətbuat xidmətinfən məlumat verilib.

Qeyd olunub ki, bazar ərazisində yanğın baş verib və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Cənub Regional Mərkəzinin qüvvələri hadisə yerinə cəlb olunub. FHN-in qüvvələri görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğını məhdudlaşdırıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

16:40

Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.

Bu barədə bazarın bir neçə ay əvvəl təyin olunan yeni sahibi Afər Cahangirov deyib.

O qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra oradakı qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlər yaradıb.

"Çox güman ki, yanğın qəsdən törədilib", - o vurğulayıb.

Report

***

15:53

Masallı şəhərində bazar yanır.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və hüquq-mühafizə orqanların əməkdaşları hadisə yerinə cəlb edilib.

İlkin məlumata görə, yanğın bazarın paltar satışı olan hissəsində başlayıb.

Hazırda yanğının söndürülməsi və ətrafa yayılmamasının qarşısı alınması istiqamətindən əməliyyat tədbirləri həyata keçirilir.

FHN-in Mətbuat xidmətindən APA-ya yanğının baş verməsi faktını təsdiq ediblər.

Paylaş:

Ən son xəbərlər