Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Əli Kərimlinin interneti bərpa olundu

1 708
Paylaş:
Əli Kərimlinin interneti bərpa olundu

“Telefonumda internet bərpa olunub. Hələ bilmirəm ki, müvəqqəti gözə kül üfürməkdir, yoxsa internet blokadasının qismən ləğvi. Qismən ona görə yazıram ki, kompüterim hələ də qoşula bilmir internetə”.

Pravda.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli deyib.

“Əvvəl işlətdiyim modemi və blokadadan sonra aldığım, ancaq evdə işləməyən yeni modemi SAZZ şirkəti 17 apreldə özündə saxlamışdı ki, modemlərin nəyə görə bizim evdə işləmədiyini 3 günə araşdırıb cavab verəcək. Amma üstündən 15 gün keçib, hələ də xəbər yoxdur. Telefonumdakı bütün xəbərləşmə platformaları ya məndən alınıb, ya da mənimlə paralel işlədilir. İnternetə çıxış əldə etdiyim bu saatlarda mümkün qədər çox oxumağa, məlumat toplamağa çalışdım” – Ə.Kərimli qeyd edib.

Paylaş:

Ən son xəbərlər