Hazırda həbsxanada olan prodüser Təranə Səmədovanın qızı Suel "Səni axtarıram" verilişinə çıxıb.
Pravda.az xəbər verir ki, Suel anası ilə bağlı müraciət ünvanlayıb.
O bildirib ki, Təranənin analıqdan məhrum edilməsini istəyir:
"Keçmişdə yaşadığıqlarımı unutmaq üçün arzularım var. Özümdə güc toplayıb, müraciət edirəm. İstəyirəm bacımla bir qalım. Bacım üçün çox darıxıram. Ona baxırdım, ayrılanda elə bil bir parçam getdi. Rəqsanə İsmayılova ilə qalmaq istəyirəm. Anam isə icazə vermir. İstəyir ki, dövlətə təhvil versinlər, orada təhsil alım. Anam həbs olunmazdan əvvəl narkotikə qurşandı, özünü itirdi. Əvvəlki adam olmadı. İstəyirəm ki, müalicə olunsun, düzəlsin. Məni, öz övladını təhdid edir. Lazımdırsa anam analıqdan məhrum olunsun. Bacımla mən ağ günə çıxacağıqsa, razıyam. Nə etdisə, özü özünə etdi".