Bərdə rayonunun Saatlı kəndində ümumi sahəsi 40 m² olan bələdiyyəyə məxsus birmərtəbəli tikilinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.
Bərdədə bələdiyyə binasında yanğın
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.