Cari ilin 5-7 oktyabr tarixlərində Polşa Respublikasının Qdansk şəhərində Avropa Vəkillər Kollegiyaları Federasiyasının (FBE) Konqresi və iclasları keçirilib.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası (ARVK) Rəyasət Heyətinin üzvü Elçin Usub tərəfindən təmsil edilib.
Tədbirin gündəliyinə uyğun olaraq, oktyabrın 5-də FBE-nin Prezident heyəti və Komissiyalarının sədrləri ilə müvafiq iclaslar təşkil edilib.
Oktyabr ayının 6-da FBE-nin prezidenti Izabela Konopacka, Qdansk şəhərinin meri Aleksandra Dulkiewicz, Qdansk Vəkillər Kollegiyası Şurasının sədri Magdalena Witkowska, Qdansk Universitetinin Hüquq və İdarəetmə fakültəsinin dekanı, professor Wojciech Zalewski, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Raffaelle Sabato, Amsterdam Apellyasiya Məhkəməsinin baş hakimi Mark de Werd, o cümlədən, müxtəlif ölkələrdən hüquq ekspertləri və vəkillərin qatıldığı konfransda 3 əsas mövzu – Avropada qanunun aliliyinin trayektoriyası və cari vəziyyəti, Ukraynanın bərpasında vəkillərin rolu və Süni intellekt (AI) və “ChatGPT”nin vəkillərə və vəkil xidmətlərinə təsiri barədə ətraflı və maraqlı müzakirələr keçirilib.
Tədbirin sonunda tədbir iştirakçıları üçün rəsmi ziyafət təşkil edilib.
(1).jpeg)
.jpeg)

.jpeg)
.jpeg)