Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtın Nizami rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin (99-LP-400 dövlət nömrə nişanı) sürücüsü Sabir Kamil oğlu Qocayevi saxlayıblar. Bizim.Media xəbər verir ki, avtomobildə çoxsaylı konstruksiya dəyişiklikləri edildiyi üçün avtomobil sürücünün əlindən alınıb və evakuatorla saxlama məntəqəsinə aparılıb.
S.Qocayev isə ictimai asayişi kobud şəkildə pozaraq, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq buna fəal müqavimət göstərib.