Xəbər verildiyi kimi, cari il aprelin 6-da Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun öldürülməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, istintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.