Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

İranın pulu dəyişdi

1 564
Paylaş:
İranın pulu dəyişdi

Bu gün İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

Pravda.az-ın xəbərinə görə, bundan sonra İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanacaq. Bir tümən isə 10 000 riala bərabər götürüləcək. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir.

Xatırladaq ki, qonşu ölkədə Milli Bankı pul islahatı ilə bağlı layihəni 2016-cı ildə bəyənib.Report

Paylaş:

Ən son xəbərlər