Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki buraxılışında 8 ildir narkotik asılılığından əziyyət çəkən Aygün öz həyat hekayəsini danışıb.
O, rəfiqəsinin təklifi ilə narkotikdən istifadə etməyə başladığını deyib:
"Birlikdə kosmetik vasitələr satırdıq. Qeyri-rəsmi nikahda yaşadığı oğlanla narkotik istifadə edərkən görürdüm. Dedi, pis bir şey deyil. "Patı”dan başladım, sonra da "kakos”a keçdim”.