İsraildə HƏMAS-ın hücumları nəticəsində həlak olan azərbaycanəsilli şəxslərin adları məlum olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, həlak olanlardan İlkin Nəzərovun ikili vətəndaşlığı olub.
O, dünən Kıryat Yamda dəfn edilib.
Digər üç nəfər - Şamil Abbasov, Emin Axundov və Roman Qandel isə İsrail vətəndaşlarıdır.
İsraildə həlak olan dörd azərbaycanəsilli şəxsin adları açıqlandı