Xəbər verdiyimiz kimi, ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğın baş verib. "Qafqazinfo” xəbər verir ki, ilkin araşdırmalar zamanı hadisənin taxta konstruksiyalı yataqxanada tək yaşayan 80 yaşlı Mütəllim Mahmudovun evindən başlaması məlum olub.
Belə ki, tənha yaşayan M.Mahmudovun evindən başlayan yanğın qısa vaxtda bitişik digər evə keçib. 10 dəqiqə ərzində bütün mənzilləri bürüyən yanğın zamanı qonşu evdə yaşayan Elçin Sadıqov özünü son anda çölə ataraq xilas ola bilib.