Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verildi

685
Paylaş:
Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verildi

Bakıda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Ramin Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Ramin Rəhimov narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunub. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilib./APA

Paylaş:

Ən son xəbərlər