Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Karantin rejimi bu müddətdən sonra yumşaldılacaq - AÇIQLAMA

1 511
Paylaş:
Karantin rejimi bu müddətdən sonra yumşaldılacaq -     AÇIQLAMA

"Ehtimal var ki, mayın 11-dən sonra Bakıda SMS-lə bağlı verilən qərar ləğv edilsin".

Pravda.az-ın xəbərinə görə, bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, koronavirusun yayılmasının qarşısının alınması ilə bağlı elan edilən karantin dövrü hissə-hissə yumşaldılır: "Mayın 11-dən sonra daha böyük yumşalma gözlənilir. Ona kimi respublikada virusun yayılması müzakirə olunacaq, təhlil olunub, qiymətləndiriləcək və ondan sonra qərar veriləcək. Belə ehtimal var ki, SMS-lə bağlı verilən qərar ləğv edilsin. Çünki indiki durum bunu deməyə əsas verir".

Cəlal İsayev onu da vurğulayıb ki, mayın 11-dən sonra Bakı ilə rayonlararası məsafənin açılması müzakirə oluna bilər.Qaynarinfo

Paylaş:

Ən son xəbərlər