Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edib. News24.az-ın məlumatına görə, prosesdə ifadə verən şahid Aydın Axundov bildirib ki, məsələ ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə şikayət edib: "Mən Fərid Teymurov barədə şikayət etmişəm. Şikayət edəndə prosesdə Elnur Şükürovla bağlı da məsələ ortaya çıxıb. Həmin vaxt da Elnur Şükürovla olan səs yazılarımı təqdim etdim. Mən Elnurla telefonla danışanda Salman səsimizi yazırdı. Əvəz Zeynallını isə tanımıram. Mən Əvəzi ilk dəfə burda görmüşəm.
Mən Elnur Şükürovun pul verməmişəm. Mən 5 metr aralıda dayanmışam. Salman gəldi dedi ki, pulu vermişəm Elnur Şükürova".