Meyxana ustadı Vüqar Əbdülov barəsində inzibati iş başlanıb. Pravda.az xəbər verir ki, meyxana ustadı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Elnurə Rəcəbova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.