Uzun zamandır hökumət ƏDV-nin bir hissəsinin geri qaytarılması qaydalarını təsdiq edə bilmirdi, indi, güya təsdiq edildi, ƏDV-nin bir hissəsinin bu şərtlərlə qaytarılmasının çətin və mənasız yolunu aylardır fikirləşməyə nə ehtiyac var idi ki?! İlk olaraq nəğd ödəniş zamanı ƏDV-nin 10%-nin (nəğdsiz ödənişlərdə ƏDV-nin 15%-nin qeri qayratılması müəyyən edilib) geri qaytarılması qaydası tam mənasız qərardır – məntiqi yoxdur, ola da bilməz.

Bu addımın əsas məramı o olmalıdır ki, insanların nəğdsiz ödənişlərə marağı artsın, ticarət şəffaflaşsın, nəğd pula ticarət azalsın – yaxşı, nəğdlə ödənişlərin də ƏDV hissəsinin 10%-ni çətin və mənasız üsulla qaytarılması yolu seçilibsə, bunu elə əvvəldən niyə ləğv etmirsiniz ki?! Yəni, ƏDV-ni 18%-dən salırsan 16%-ə, bu iş həll olunur, iş adamlarına da bunun xeyri dəyir. Sonra kim nəğdsiz ödəniş edirsə, onun ƏDV hissəsinin 15%-ni qaytarırsan – həm vətəndaş maraqlı olur, həm də biznes. Yəni, bu işə biznesin marağıl olmasa təktərəfli şəffaflaşma olmayacaq.

Hətta bu qərar da yetərli deyil, 100 dəfə demişik, bir daha da deyək: Nəğrsiz ödəniş zamanı verilən kassa çeklərinin unikal nömrələri avtomatik olaraq lotoreya biletinə çevrilir, Maliyyə və İqtisadiyyat nazirlikləri birgə hər ay sonu bahalı və çoxsaylı hədiyyələri uduşa çıxarır – vətəndaşlar da bu addıma görə çalışıb nəğdsiz ödəniş edirlər, kassa çeklərini toplayıb, heç olmasa ayda 1 dəfə AZTV-yə ürəklə və maraqla baxaraq lotoreyanın nəticələrini gözləyirlər. İki-üç belə tirajdan sonra yüzlərlə insanımız hədiyyə udsa, bu işə inam yaransa, kiminsə qohumu-qonşusu hədiyyə qazansa, bütün millət kartla alış-verişə keçəcək.

Ağılla, məntiqlə atılmalı addımlar belə olmalıdır. Hökumətdə bütün yaxşı ideyaların içinə etmək kimi özəl bir xüsusiyyət var. İdeya özü əladı - mexanizmlər isə...

Natiq Cəfərli

İqtisadçı