Oktyabrın 12-də Binəqədi rayonu Sulutəpə qəsəbəsində bacısını qətlə yetirən şəxsin qonşuları danışıblar.
Onlar, 2003-cü il təvəllüdlü İlahə Kərimovanı öldürən 2004-cü il təvəllüdlü Həsən Kərimovun sakit biri olduğunu, baş verən hadisədən təəccübləndiklərini bildiriblər.
Məsələ ilə bağlı Baş Prokurorluqdan bildirilib ki, oktyabrın 12-si saat 23 radələrində 2003-cü il təvəllüdlü İlahə Kərimovanın ölməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla 2004-cü il təvəllüdlü Həsən Kərimovun Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı bacısı İlahə Kərimovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.